Bakıda 4000 manat oğurlayan keçmiş məhkumlar tutuldu

03.12.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakıda keçmiş məhkumlar oğurluq ediblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 30-da Səbail rayonu ərazisində bir nəfərin 4000 manat pulu oğurlanıb.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Z.Adgözəlli və X.Həsənov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью