Bakıda 42 yaşlı kişini tok vurdu

01.10.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda 42 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 30-u saat 15 radələrində Xətai rayonunda baş verib.

1983-cü il təvəllüdlü Nurlan Rəfail oğlu Məmmədovu yaşadığı Məhəmməd Hadi küçəsi ev 103 mənzil 86-da elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib.

Araşdırmalar aparılır.

Yaşar Araz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью