Bakıda 43 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb VİDEO

09.03.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Bakıda keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью