Bakıda 483 cüdoçunun mübarizəsi yekunlaşacaq

08.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyinə noyabrın 8-də yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarış iki gün davam edir.

Turnirdə 73 klub və idman cəmiyyətindən ümumilikdə 483 cüdoçu iştirak edir. Onlardan 417-si oğlan, 66-sı isə qızdır.

İdmançılar 18 çəki dərəcəsində mübarizə aparırlar.

Yarışın əsas məqsədi ölkə birinciliyində iştirak hüququ qazanacaq yeniyetmə cüdoçuları müəyyənləşdirməkdir. İştirakçılar müvafiq kvotalar uğrunda qüvvələrini sınayırlar.

Qeyd edək ki, Bakı şəhər birinciliyinə noyabrın 7-də start verilib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью