Bakıda 5 avtomobil belə toqquşdu Video | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda qeydə alınmış zəncirvari qəzanın görüntülərini yayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 5 avtomobil toqquşub.
Qurumdan bildirilib ki, hadisəyə avtomobillər arasında ara məsafəsinin düzgün seçilməməsi səbəb olub.
“Düzgün ara məsafəsi saxlamadıqda nə baş verir? Bu halda sürücünün ani reaksiya vermək üçün vaxtı azalır və bu da qəza riskini artırır.
Xüsusilə intensiv hərəkət zamanı düzgün ara məsafəsinin gözlənilməməsi zəncirvari qəzaların baş verməsinə səbəb ola bilər.
Bu özünüzün və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir”, - NİİM-in müraciətində vurğulanıb.
Qəzanın başvermə anını təqdim edirik: Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu