Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın qanaxmadan öldü

21.08.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakıda 24 yaşlı 5 aylıq hamilə qadın dünyasını dəyişib.

“Bakupost”un əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın hamiləliyini sonlandırmaq qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью