Bakıda 50 yaşlı kişi gecəyarı avtomobil oğurladı

05.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 4-də gecə saatlarında Binəqədi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı H.Aydinov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью