Bakıda 51 minlik kombi aparatları oğurlandı

24.09.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью