Bakıda 55 ağac sınıb RƏSMİ

16.04.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Nərimanov rayonu ərazisində güclü külək səbəbindən dayanacaq yaxınlığında yolun ortasına ağac aşıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən BAKU.WS-ə bildirilib ki, bu gün səhər saat  10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Qeyd edək ki, yağışlı paytaxtda küləkli hava şəraiti müşahidə olunur.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью