Bakıda 55 min dollarlıq turnir keçiriləcək

21.03.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı ölkə çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Anandla Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Baku Open” “Baku Crystal Hall” aprelin 27-si – mayın 6-sı aralığında keçiriləcək. Şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq. Festivalın ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью