Bakıda 59 yaşlı qadın yolda can verdi

08.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Belə ki, 33 yaşlı Rafiq Həsənov idarə etdiyi "Lada Niva" markalı avtomobil ilə 59 yaşlı Sənubər Nəcəfovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью