Bakıda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza Yaralılar var Xəbər saytı Son xəbərlər və Hadisələr

08.11.2024

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şosesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza zamanı ümumilikdə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, 9 nəfərdən ikisinin vəziyyəti ağırdır. Onlar Fatimə Qasımova və Əlfəddin Əlhüseynovdur.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью