Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.