Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur

19.10.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşı, Apple Premium Partner statusuna malik iSpace mağazalar şəbəkəsini genişləndirir. Şirkət Gəncə şəhərində yeni mağazasını istifadəyə verməyə hazırlaşır.

Marja.az xəbər verir ki, yeni mağaza Gəncə Mall ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərəcək.

Şirkətin sosial şəbəkədə yaydığı məlumata əsasən, yeni mağazanın açılışı münasibətilə 22–25 oktyabr 2026-cı il tarixlərində xüsusi kampaniya keçiriləcək.

Mağazada müştərilər Apple ekosisteminə daxil olan cihazlarla yaxından tanış ola, məhsulları sınaqdan keçirə və mütəxəssislərdən peşəkar məsləhətlər ala biləcəklər.

Açılış kampaniyası çərçivəsində iSpace loyallıq kartı ilə alış-veriş edən müştərilərə 7% qənaət imkanı və ya 18 ayadək faizsiz taksit şərtləri təklif olunur.

Gəncədə yeni mağazanın açılması iSpace-in Azərbaycanın paytaxtından kənarda da pərakəndə satış fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımıdır.

Şirkətin rəsmi saytında təqdim olunan məlumatlara əsasən, iSpace-in Bakıda Gənclik Mall, Dəniz Mall, Park Bulvar Mall, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, eləcə də İnşaatçılar ərazisində mağazaları fəaliyyət göstərir.

Xatırladaq ki, iSpace bir nüçə gün öncə Bakının Gənclik Mall ticarət mərkəzində də yeni mağazasını açıb. Həmin mağazanın açılışı münasibətilə müştərilərə Visa kartları ilə 15% endirim, 18 ayadək taksit və Wallet ödənişlərinə 5% keşbek imkanları təqdim olunmuşdu.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью