Bakıda 6 nəfərin 33 min manatı ələ keçirilib

04.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью