Bakıda 6 uşaq tonqala düşüb

19.03.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub:

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью