Bakıda 6 yaşlı uşaq 13 gündür itkin düşüb

19.06.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt ərazisində 6 yaşlı uşaq itkin düşüb.

Bu barədə BAKU.WS-ə onun yaxınları məlumat verib.

Qeyd edilib ki, hadisə Xətai rayonu, Ağ şəhər ərazisində baş verib. Mahmudova Ömür Azər qızı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun 6 yaşı var. Ömür iyunun 6-sı saat 17.50 radələrində itkin düşüb.

Azyaşlının itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onun axtarışları davam edir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью