Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda 60 yaşlı kişi antibiotik iynəsinin təsirindən ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün Binəqədi rayonunda baş verib.
Məlumata görə, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi ev 50-də səhhətində problem yarandığından ailəsi tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.