Bakıda 65 yaşlı qadın qazdan boğulub ÖLDÜ

21.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Lent.az xəbər verir ki, hadisə Bakının Nizami rayonunda qeydə alınıb. 

Rayon sakini, 65 yaşlı Ədilə Həmzə qızı Əliyeva yaşadığı M.X.Şərifli küçəsi ev 74 mənzil 24-ün hamam otağında ölüb. 

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью