Bakıda 69 yaşlı qadın itkin düşdü

26.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yaşlı qadın itkin düşüb.
Bizim.Media xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbə sakini 69 yaşlı Səriyyə Əkbərova fevralın 25-i günorta saatlarında yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Yaxınları onun üzərində evdən çıxarkən qara libas, qəhvəyi gödəkçə və qara ayaqqabı olduğunu bildiriblər.
Onlar Alzheimer xəstəliyindən əziyyət çəkən qadının taleyindən narahat olduqlarını və bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət etdiklərini əlavə ediblər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью