Bakıda 7 maşın TOQQUŞDU YENİLƏNİB

20.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-a verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
***
21:08

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 7 minik avtomobili qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью