Bakıda 7 maşın toqquşduFOTOYENİLƏNİB

20.11.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-a verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
***
21:08

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 7 minik avtomobili qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью