Bakıda 70 minlik dələduzluq: 50 yaşlı qadın saxlanıldı

14.02.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə ona 70000 manat maddi zərər vurulması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı S.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью