Bakıda 75 yaşlı əlili diləndirən qadın saxlanıldı Foto

26.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bakıda 1950-ci il təvəllüdlü əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

Axar.az xəbər verir ki, araşdırmalarla əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью