Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

29.01.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью