Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
SUBWAY Azərbaycanda fəaliyyətini genişləndirir. Marja xəbər verir ki, restoranlar şəbəkəsi Bakıda 8-ci filialının açılışına hazırlaşır.
Yeni filial paytaxtın sıx hərəkət olan ərazilərindən birində – “Elmlər Akademiyası” metrostansiyasının çıxışında, Bakı Dövlət Universitetinin yaxınlığında fəaliyyət göstərəcək.
Yeni filialın açılışı payız mövsümünün başlanğıcına planlaşdırılır.
Yeni restoranda SUBWAY brendinin əsas məhsulları, o cümlədən Footlong sendviçlər və peçenyelər təqdim ediləcək.
“Elmlər Akademiyası” ərazisində yeni filialın açılması şirkətin Bakıdakı şəbəkəsinin genişləndirilməsi strategiyasının davamı olacaq. Universitetlərin, yaşayış və biznes obyektlərinin sıx yerləşdiyi ərazi yüksək piyada axını ilə seçilir.
Yeni obyekt fəaliyyətə başladıqdan sonra SUBWAY-ın Azərbaycandakı filiallarının sayı 8-ə çatacaq.