Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Bakıda 82 yaşlı kişi binanın eyvanından yıxılaraq ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində baş verib.
Məlumata görə, 82 yaşlı Balağa Hacıağa oğlu Məmmədov ailə üzvləri ilə birgə yaşadığı 9 mərtəbəli binanın eyvanından yıxılıb. O, hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. (Lent.az)
Bizim.Media