Bakıda 82 yaşlı kişini maşın vurub

18.04.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Cəsur Bağırov idarə etdiyi avtomobillə piyada 1943-cü il təvəllüdlü Vasib Babayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью