Bakıda 86 yaşlı kişi qəzada öldü

04.12.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Bakıda 86 yaşlı kişini maşın vurub.

Bakupost.az xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib.

Belə ki, Hikmət Əsədov idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə 1938-ci il təvəllüdlü İbrahim Mustafayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью