Bakıda 89 ballıq zəlzələ təhlükəsi olan ərazilər var Video

30.11.2024

Icma.az bildirir, Anews portalına istinadən.

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

"Sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır",- Q.Yetirmişli qeyd edib.


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью