Bakıda A kateqoriyalı məşqçi kursunun I mərhələsi başladı

28.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.

Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью