Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Qafur Murad küçəsində yolda təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, velosipedlə ərazidən keçən qadın sürücü qarşılaşdığı təhlükəli anları sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, yolun kənarında yerləşən yağış barmaqlığının qapağı yoxdur. Üstü açıq qalan dəliyi son anda gördüyünü bildirən qadın sürücü qeyd edib ki, bir qədər gec fərq etsəydi, qəzaya uğraya bilərdi.
O, xüsusilə velosiped və moped sürücülərini həmin ərazidən keçərkən diqqətli olmağa çağırıb.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229142.html