Bakıda açıq halda hərəkət edən kran svetoforu belə qırdı ANBAAN VİDEO

02.09.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində baş vermiş qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.

Qəzanın sürücünün diqqətsizliyi səbəbindən baş verdiyi bildirilir. Hadisədən dərhal sonra əraziyə cəlb olunan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz olunması istiqamətində işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью