Bakıda Aeroport şosesində yol nəqliyyat hadisəsi baş verib

13.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью