Bakıda ağac hasarı aşırıb, piyadalar üçün təhlükə yaranıb VİDEO

05.04.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 130-134 ünvanında ağac hasarı aşırıb, piyadalar üçün də təhlükə yaranıb. Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, ərazidə məktəb və bağçanın yerləşməsi həm oradan keçənlər, həm də uşaqlar üçün təhlükəli vəziyyət yaradır.

Sakinlər deyirlər ki, ərazidə bu problem uzun müddətdir davam edir. Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, müvafiq işlərin görülməsi məqsədilə sabah əraziyə xüsusi briqada göndəriləcək.

Daha ətaraflı videomaterialda.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью