Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində ağac aşıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Görüntülərdən də aydın olur ki, ağac kökündən qoparaq yolun avtomobillər olan hissəsinə doğru əyilib. Xoşbəxtlikdən maşınlara ciddi ziyan dəyməyib.
Qeyd edək ki, fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub.