Bakıda ağıllı radar quraşdırılıb? VİDEO

11.12.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Hava Limanı yolu istiqamətində – Koroğlu metrostansiyası və Bakı Olimpiya Stadionunun qarşısından Mərdəkan dairəsinə qədər radarlararası zamanı ölçən cihaz yerləşdirildiyi ilə bağlı iddialar yayılıb.

“Saatda 90 kilometrlik yolu keçəndən sonra sürəti qaldırıb 120-yə çatdırırsan və yenidən 90-a endirirsən. Radar həmin müddəti də ölçür. Məsələn, bir radardan digərinə 1 dəqiqə 10 saniyəyə keçməlisənsə, sürəti artırdığın üçün 50 saniyəyə keçirsən və belə olan halda cərimələnirsən”, – sürücü mövzuya münasibət bildirərkən deyib.

Məlum olub ki, sözügedən yolda onların iddia etdiyi əlavə qurğuların quraşdırılması müşahidə olunmur.

Globalinfo.az ətraflı Baku TV-nin süjetini təqdim edir:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью