Bakıda ağır qəza: 11 yaşlı qız ÖLDÜ

19.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

35 yaşlı Davud Əhməd oğlu Əhmədovun idarə etdiyi avtomobillə 34 yaşlı Elvin Zülfüqar oğlu Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Sərnişinlərdən biri 11 yaşlı Zəhra Davud qızı Əhmədzadə aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью