Bakıda ağır qəza

05.02.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.

Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər – Polad Salmanov, Rövşən Hüseynov və  “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью