Bakıda ağır QƏZA: BakuBus yük maşınına çırpıldı

10.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb. Avtobusa ciddi ziyan dəyib.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью