Bakıda ağır qəza: BMW və “Hyundai“ toqquşdu, ölən var

18.10.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 16 radələrində metronun "Əhmədli" stansiyasının qarşısında qeydə alınıb.

Məlumata görə, qəza zamanı BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər həyatını itirib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью