Bakıda ağır qəza Gecə piyadalar vuruldu

23.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün axşam saatlarında Bakıda piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Səbail rayonu, Nizami küçəsində iki xanım yolu keçərkən avtomobil tərəfindən vurulub.

Qəza nəticəsində xanımlardan birinin ayağı qopub, başı əzilib. Digər piyada da üz nahiyyəsindən xəsarət alıb. Hər iki piyadanın vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım həkimləri çağırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью