Bakıda ağır qəza Gənc oğlan öldü (FOTO)

13.05.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 12-də saat 12 radələrində Xəzər rayonu Zirə qəsəbəsi ərazisində 2003-cü il təvəllüdlü Ə.Əliyevin idarə etdiyi “VAZ 2107”, 1978-ci il təvəllüdlü E.Əliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı “VAZ 2107”nin sürücüsü həyatını itirib. 

Hadisə ilə bağlı cinayət başlanılıb, araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumatı təsdiqləyib.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью