Bakıda ağır qəza: “KİA” bir neçə maşını əzib aşdı VİDEO

11.02.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, qəza Yasamal rayonu Murtuza Muxtarov küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan 90-NM-601 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında park edilmiş bir neçə maşına çırpılıb. Zərbənin təsirindən “KİA” aşaraq çevrilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Namiq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью