Bakıda ağır qəza Land Rover Hyundai la toqquşdu FOTO

27.01.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, “Land Rover” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini işıqforun qırmızı işığında dayanan “Hyundai” markalı avtomobilə çırpıb.

Qəza nəticəsində “Hyundai” və “Land Rover” markalı avtomobillərdə olan sərnişinlər müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью