Bakıda ağır qəza: Ölən var

30.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью