Bakıda ağır qəza: ÖLƏN VAR

17.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bakıda yük və minik avtomobilləri toqquşub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrliyində Rəhim Bəxtiyar oğlu Nuriyevin idarə etdiyi "Tofaş" markalı avtomobillə Umud Rafiq oğlu İbrahimovun idarə etdiyi "MAZ 543302-2120" markalı yük avtomobili toqquşub.
Nəticədə "Tofaş" markalı avtomobildə sərnişin, 1991-ci il təvəllüdlü Sadiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью