Bakıda ağır qəza: qadın öldü

01.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Axar.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi VAZ-21 010 markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью