Bakıda ağır qəza: Xəsarət alanlar var

25.11.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zığ şosesində baş verib.

Hadisə zamanı "Daewoo" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəzaya "Daewoo" markalı maşının idarəetməni itirməsi səbəb olub.

Zərbənin gücündən "Mercedes" markalı avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью