Bakıda ağlasığmaz qəza GÖRÜNTÜLƏR

13.10.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Bakı-Ələt magistral yolunun Qaradağdan keçən hissəsində ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Qobustan qəsəbəsi yaxınlığında 77KJ 249 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobus qəzaya uğrayıb. İdarəetmədən çıxan avtomobil yolun ortasındakı metal çəpərləri qıraraq arakəsmələrin arasına düşüb.

Xoşbəxtlikdən avtomobil əks tərəfə düşməyib və digər nəqliyyat vasitələrinin qarşısına çıxmayıb.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

Yaşar Araz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью